Ermənistan Azərbaycanla sərhəd kəndlərindəki əhalini silahlandırır

 14:54 27.05.2023     487

"Ermənistan Sünik rayonunun sərhəd yaşayış məntəqələrində çoxlu miqdarda silah-sursat yığır".

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə Sünik vilayətinin qubernatoru Robert Qukasyan Azərbaycanın mövqelərinin yaxınlığı nəzərə alınmaqla təhlükəsizlik tədbirləri barədə danışarkən deyib.

Onun sözlərinə görə, məlum səbəblərdən ətraflı açıqlamasa da, əminliklə deyə bilər ki, bütün sərhəd yaşayış məntəqələrində silah var. Təbii ki, bir çox sakinlər bu silahları hər zaman özləri ilə aparmaq və gəzdirmək istəyirlər, lakin yerli hakimiyyət bunu yanlış hesab edir.

"Biz ayıq-sayıq olmalıyıq. Özünüz də başa düşürsünüz ki, aydın qanunvericilik normalarının və silah gəzdirmə qaydalarının olmaması faciəli hadisələrə gətirib çıxara bilər. Amma sərhəd kəndlərində silah yoxdur demək həqiqətə uyğun deyil. Kazımi qədər silah var. Müdafiə Nazirliyi özünümüdafiə üçün bunu zəruri hesab edir”, - Qukasyan bildirib.

Aprelin sonunda parlament hökumətin “Silah dövriyyəsinin tənzimlənməsi haqqında” qanuna təklif etdiyi dəyişiklikləri qəbul edib. Qanun layihəsinə əsasən, yaşayış məntəqələrindən və yollardan 500 metrdən az məsafədə hamar lüləli silahlardan istifadə etmək qadağan edilir, tüfənglər üçün isə bu məsafə 5000 metrdir. Qanunun icrası iyulun 1-nə qədər təxirə salınıb.

Tunar Altunbay