Böyük Britaniyanın baş nazirini hasarına avtomobilini çırpan azad edildi

 16:12 27.05.2023     432

Böyük Britaniyanın baş nazirinin iqamətgahının hasarına avtomobilini vuran şəxs əlavə istintaqa qədər həbsdən azad edilib.

Redaktor.az xəbər verir ki, bu barədə  şənbə günü London polisinə istinadən Reuters agentliyi məlumat yayıb.

Polis Britaniya baş nazirinin iqamətgahında baş verən qəzanı terror aktı kimi qiymətləndirmir.

"O, terrorla əlaqəli olmayan bir işdə [ ittiham olunub. Ona görə də, Vestminster Magistrlər Məhkəməsi qarşısına çıxacaq", - polisin bəyanatında bildirib.

Xatırladaq ki, mayın 25-də boz rəngli avtomobil "Downing Street"in əsas qapısına çırpılıb.

"Sky News"un yayımladığı videoya əsasən, metal qapıya ciddi ziyan dəyməyib. Qəza zamanı Böyük Britaniyanın baş naziri Rişi Sunakın iqamətgahda olduğu rəsmən təsdiqlənib.

Tunar Altunbay