Rusiyanın Ukrayna ilə sərhəd bölgəsində partlayış - VİDEO

 09:42 28.05.2023     302

Rusiyanın Belqorod vilayətinin Şebekino şəhərində partlayış səsləri eşidilib. Yerli sakinlər ərazidən havaya qalxan qatı tüstü buludunu müşahidə ediblər.

Redaktor.az xəbər verir ki, Rusiya fövqəladə hallar xidməti gün ərzində dördüncü dəfə şəhərin atəşə tutulması ilə bağlı xəbərdarlıq yayıb.

Bundan əlavə, yerli sakinlər sığınacağa getməyə çağırılır.

Vilayət rəhbəri Vyaçeslav Qlodkovun məlumatına görə, şəhər Ukrayna ordusu tərəfindən atəşə tutulub və nəticədə bir nəfər ölüb.