ABŞ-də motorallidə atəş açıldı - Ölənlər var

 13:00 28.05.2023     502

ABŞ-nin Nyu-Meksiko ştatının Red-River şəhərində keçirilən motorallidə atəş açılması nəticəsində azı 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Redaktor.az CNN-ə istinadən xəbər verir ki, bu barədə şəhərin meri Lindu Kelhun açıqlayıb.

Onun sözlərinə görə, insidentdə iştirak edənlərin hamısı saxlanılıb. Hadisə ilə bağlı istintaq davam edir.

Şəhərdə bazar günü saat 04:00-a qədər (Moskva vaxtı ilə 13:00) komendant saatı tətbiq edilib ki, bu da pərakəndə satıcılara, barlara və digər müəssisələrə spirtli içkilərin satışını yasaqlayır.