Gürcüstandan Rusiya ilə uçuşlarla bağlı AÇIQLAMA

 12:50 28.05.2023     303

Gürcüstan hakimiyyəti Rusiya rəhbərliyi ilə birbaşa uçuşların bərpası ilə bağlı heç bir danışıqlar aparmayıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu Partiyasının baş katibi, Tbilisi meri Kaxaber Kaladze jurnalistlərə bildirib.

“Əlbəttə, heç bir danışıqlar olmayıb. Bu, konkret telekanalların məşğul olduğu adi siyasi manipulyasiyadır”, - deyə Kaladze müvafiq sualı cavablandırıb.