Türkiyədə bülletenlərin 97,12 faizi sayıldı - İlkin nəticələr - YENİLƏNİB

 20:56 28.05.2023     1567

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərinin nəticələri açıqlanır.

Redaktor.az xəbər verir ki,səsvermə bülletenlərinin 97,12 faizinin işlənməsinin nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,21 faiz səs qazanıb. “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,79 faiz səs toplayıb.

Bakı vaxtı ilə 20:44-ə olan açıqlamaya görə səs faizlərini təqdim edirik:

***

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərinin nəticələri açıqlanır.

Redaktor.az xəbər verir ki, səsvermə bülletenlərinin 96,01 faizinin işlənməsinin nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,28 faiz səs qazanıb. “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,72 faiz səs toplayıb.

Bakı vaxtı ilə 20:34-ə olan açıqlamaya görə səs faizlərini təqdim edirik:

***

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Redaktor.az xəbər verir ki, səsvermə bülletenlərinin 92,96 faizi açılıb. İlkin nəticələrə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,50 faiz səs qazanıb. “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,50 faiz səs toplayıb

***

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Redaktor.az xəbər verir ki, səsvermə bülletenlərinin 87,55 faizinin işlənməsinin nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,93 faiz səs qazanıb. “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,07 faiz səs toplayıb.

Bakı vaxtı ilə 20:04-a olan açıqlamaya görə səs faizlərini təqdim edirik:

***

Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 82.64 faizi açılıb.

Redaktor.az xəbər verir ki, "Anadolu" agentliyinin açıqladığı ilkin nəticələrə əsasən, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 53.41%-nin (22,733,801), Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 46.59%-nin (19,830,274) səsini qazanıb.

***

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində səsvermə bülletenlərinin 55 faizi sayılıb.

Redaktor.az “Haber Global”a istinadən xəbər verir ki, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 55,80 faiz səslə öndədir.

“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 44,20 faiz səs toplayıb.

***

Türkiyə Yüksək Seçim Qurumu ikinci tur prezident seçkilərinin ilkin nəticələrinin yayımlanması ilə bağlı qadağanı aradan qaldırdıqdan sonra səsvermənin nəticələri açıqlanmağa başlayıb.

Redaktor.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, ilkin nəticələr belədir: Rəcəb Tayyib Ərdoğan 57,09 faiz, Kemal Kılıçdaroğlu 42,91 faiz səs.

İndiyədək seçki qutularının 42,78 faizi açılıb. Səslərin sayılması prosesi davam edir.