“Qalib bütün Türkiyə olacaq” - Ərdoğanın partiyası

 21:09 28.05.2023     499

“Bu, demokratiya bayramıdır. Qalib bütün Türkiyə olacaq”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin hakim partiyasının (AK Parti) sözçüsü Ömər Çelik tviterdə yazıb.

“Heç bir vətəndaş inciməsin, küsməsin. Vətəndaşlarımızın heç biri itirməyəcək. Gəlin seçkinin nəticələrini demokratiyamızı gücləndirdiyinə görə bir-birimizi təbrik edək ”, - tvitdə qeyd olunub.