Ərdoğan Co Bayden ilə telefon danışığı aparacaq

 13:55 29.05.2023     280

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenlə telefon danışığı aparacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinun sözçüsü İbrahim Kalın bildirib.

O, danışığın bu gün axşam baş tutacağını açıqlayıb.

Qeyd edək ki, Bayden dünən sosial media hesabında seçkilərin ikinci turunda qələbə qazanması münasibətilə Ərdoğanı təbrik edib.