Rusiya hərbi qüvvələri Xarkov vilayətini atəşə tutdu, yaralılar var

 15:32 29.05.2023     305

Rusiya hərbi qüvvələri Ukraynanın Xarkov vilayətinin Kovşarovka kəndini atəşə tutub, yaralılar var.

Redaktor.az "UNİAN"a istinadən xəbər verir ki, bu barədə Xarkov vilayətinin rəhbəri Oleq Sinequbov bildirib.

Onun sözlərinə görə, atəş nəticəsində 73, 85 və 90 yaşlı 3 nəfər, o cümlədən hamilə qadın, 14 yaşlı yeniyetmə və 10 yaşlı uşaq xəsarət alıb.

Kənddə yataqxana binası, 2 fərdi yaşayış evi və qaz xətti zədələnib.

Rusiya qüvvələri Qluşkovka kəndini də atəşə tutublar. Orada 60 yaşlı qadın yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.