Rusiya Ukraynaya 11 "İsgəndər" raketi atıb, raketlərin hamısı vurulub - Zalujnı

 16:02 29.05.2023     336

Rusiya son raket hücumunda Ukrayanın Kiyev vilayətinə 11 ədəd “İsgəndər-M” və “İskəndər-K” raketləri endirib.

Redaktor.az "UNİAN"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnı bildirib.

"Ümumilikdə şimal istiqamətindən 11 raket atılıb ki, bunlar "İskəndər-M" və "İskəndər-K" raketləridir. Bütün raketlər hava hücumundan müdafiə vasitələri ilə məhv edilib", - Valeri Zalujnı bildirib.