Paşinyanı müşayiət edən xeyli sayda polisə ayrılan vəsait gizli saxlanılır

 21:55 29.05.2023     349

Ermənistanın Baş naziri Nikol Paşinyanı müşayiət edən çoxlu sayda polisə ayrılan vəsait gizli saxlanılır.

Bu barədə Redaktor.az yerli mətbuata istinadən xəbər verir.

Parlamentin “Ermənistan” fraksiyasının üzvü Qeqam Manukyan Daxili İşlər Nazirliyinin baş katibi Ara Fidanyandan Paşinyanı müşayiət edən polis qüvvələrinin saxlanmasına nə qədər pul xərcləndiyinə aydınlıq gətirməyi xahiş edib.

Fidanyan hökumət başçısını müşayiət edən və ya Respublika meydanında növbətçi olan hüquq-mühafizə orqanları əməkdaşlarının olduğu bir neçə avtobusun saxlanmasına nə qədər pul xərcləndiyini açıqlamayıb.

O, yalnız qeyd edib ki, Nikol Paşinyanı müşayiət edən polis əməkdaşları ictimai asayişi qoruyur.