Türkiyədəki seçkilərin yekun nəticələri bu tarixdə elan ediləcək

 22:25 29.05.2023     413

Türkiyədəki prezident seçkilərinin yekun nəticələri iyunun 1-də elan olunacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə YSK məlumat yayıb.

Seçki nəticəsini həmin gündə ölkənin rəsmi qəzeti, radio və televiziyaları elan edəcək.

Qeyd edək ki, seçki nəticələrinə əsasən Rəcəb Tayyib Ərdoğan qalibdir.