Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 22 nəfər saxlanıldı

 22:51 29.05.2023     454

Türkiyənin Şırnak əyalətində PKK terror təşkilatına qarşı əməliyyat zamanı 22 nəfər saxlanılıb.

Bu barədə Redaktor.az “Haber Global”a istinadən xəbər verirı

Qeyd edilir ki, əyalətin təhlükəsizlik qurumları PKK terror təşkilatına qarşı iri miqyaslı əməliyyata başlayıb.

Əməliyyat zamanı 22 nəfər saxlanılıb. Onlardan 4-ü şübhəli şəxs qismində həbs edilib, digərləri sərbəst buraxılıb.