Polşa bu ölkələrdən gələn yük maşınları üçün sərhədi bağlayır

 23:48 29.05.2023     462

Polşa iyunun 1-dən Polşa Belarus və Rusiyada qeydiyyatda olan yük maşınlarının Belarus ərazisindən ölkəyə girişinə qadağa tətbiq edəcək.

Redaktor.az xəbər verir ki, bu haqda Polşa Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Polşa iyunun 1-dən Belarusla sərhədi keçməyə çalışan Rusiya və Belarusda qeydiyyatda olan yük maşınları və qoşquların yük daşınmasını dayandıracaq”, məlumatda qeyd olunub.