Moskvada partlayışlar - PUA-lar hücuma keçdi - FOTO

 09:01 30.05.2023     529

Rusiya paytaxtı Moskvaya yaxınlaşan bir neçə pilotsuz uçuş aparatı vurulub.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə özünün Telegram kanalında Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib.

"Bu səhər Moskva vilayətinin bəzi rayonlarının sakinləri partlayış səslərini eşidiblər - bu, bizim hava hücumundan müdafiə sistemimizdir. Moskvaya yaxınlaşarkən bir neçə pilotsuz təyyarə vurulub", - Vorobyov yazıb.

O, rayon əhalisindən sakit olmağı xahiş edib. "Bütün təcili yardım xidmətləri işləyir. Biz sizi məlumatlandıracağıq", - Vorobyov vurğulayıb.

Turan İSMAYIL

22