Ərdoğan nə zaman and içəcək?

 09:37 30.05.2023     333

“Ərdoğanın andiçmə mərasimi 2 və ya 6 iyunda baş tutacaq, yeni kabinetin tərkibi daha sonra açıqlanacaq”.

Redaktor.az bu barədə “Milliyət”ə istinadən xəbər verir.

Məlumata görə, parlament və prezident seçkilərinin yekun nəticələri çərşənbə axşamı, mayın 30-da Ali Seçki Komissiyası tərəfindən açıqlana bilər.

Bundan sonra Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsinə namizədlərin nəzərdən keçirilməsi prosesinə başlanılacaq.

Tədbir günü Ərdoğanın hökumətinə daxil olacaq nazirlərin adlarını açıqlaması planlaşdırılır.

Qeyd edək ki, seçki nəticələrinə əsasən Rəcəb Tayyib Ərdoğan qalibdir.

Həmidə İBRAHİMLİ