ABŞ hərbçilərinə Yaponiyada 106 cinayət işi açılıb

 10:06 30.05.2023     330

2022-ci ildə ABŞ-ın Yaponiyadakı hərbi bazalarında xidmət edən hərbçiləri və mülki işçiləri 106 cinayətdə ittiham olunublar.

Redaktor.az “TASS”a istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı Yaponiya hökumətinin parlamentin yuxarı palatasının müstəqil deputatlarından birinin sorğusuna verdiyi rəsmi cavabda deyilir.

Məlumata görə, hadisələrin əksəriyyəti Okinavanın cənub prefekturasında qeydə alınıb.

Cavabda xüsusi olaraq qeyd olunur ki, amerika hərbçilərinin iştirakı ilə baş vermiş 73 yol hərəkəti qaydasının pozulmasından 69-u sərxoş vəziyyətdə törədilib.

Həmidə İBRAHİMLİ