Bu ölkədə homoseksuallar edam ediləcək

 10:44 30.05.2023     348

Uqanda prezidenti Yoveri Kaqutı Museveni LGBT əleyhinə dünyanın ən sərt qanunlarından birini imzalayıb.

Redaktor.az “BBC Türkçe”yə isitinadən xəbər verir ki, qərara əsasən, homoseksuallıqda təqsirli bilinən şəxslər ömürlük həbs oluncaq.

18 yaşdan aşağı biriylə və yaşlılarla homoseksual əlaqəyə girənlər isə edam ediləcək.

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden bu qərarın tezliklə aradan qaldırılmalı olduğunu bildirib.

Humay İSGƏNDƏRLİ