NATO Kosovoda eskalasiyaya son qoymağa çağırdı

 19:29 30.05.2023     303

NATO Kosovoda eskalasiyaya dərhal son qoymağa çağırır və Kosovo üçün Alyans Qüvvələrinin (KFOR) kontingentinin öz funksiyalarını yerinə yetirməkdə davam etdiyini təsdiqləyir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə NATO baş katibinin müavini Mirça Coana Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

"NATO dərhal gərginliyin azaldılmasına çağırır. KFOR qüvvələri əyalətdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəzifələrini yerinə yetirməyə davam edəcək. Zorakılıq dərhal dayandırılmalıdır".

Xatırladaq ki, çərşənbə axşamı günü NATO KFOR qüvvələrini gücləndirmək üçün Kosovoya əlavə batalyon göndərəcəyini açıqlamışdı.

Bazar ertəsi axşam NATO sözçüsü serbləri KFOR hərbçilərinə qarşı "səbəbsiz hücumlarda" günahlandırıb və nəticədə çoxlu sayda əsgər yaralanıb. O, zorakılığın "dərhal dayandırılmasını" tələb edib.

Turan İSMAYIL