"NATO Kosovoya əlavə 700 hərbçi göndərəcək" - Stoltenberq
NATO təhlükəsizlik məqsədilə Kosovoya əlavə 700 hərbçi göndərəcək və lazım gələrsə, yerləşdirmək üçün daha bir batalyon hazırlayacaq.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, Bunu çərşənbə axşamı NATO-nun baş katibi Yens Stoltenberq Osloda keçirdiyi mətbuat konfransında deyib.
Baş katib onu da əlavə edib ki, NATO-nun Kosovodakı qüvvələri regionun bütün əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcək.
Tunar Altunbay