Ukrayna Rusiyanın Belqorod şəhərini raketlərlə vurdu

 20:54 30.05.2023     560

Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinin köçürülmüş sakinlərinin müvəqqəti məskunlaşdığı mərkəzi atəşə tutublar.

Redaktor.az TASS-a istinadla bildirir ki,  vilayətin qubernatoru Vyaçeslav Qladkovun mətbuata verdiyi məlumata görə, hadisə nəticəsində ölən və yaralılar var.

"Bu gün Ukrayna Silahlı Qüvvələri Şebekinski rayonunun kənd bələdiyyələrindən köçürülən sakinlərlə Hava Hücumundan Müdafiə raketləri ilə atəşə tutub. İnsanlar ölüb və yaralanıb. Canlı yayımı ləğv edib, həmin yerə getdim, ətraflı məlumat verəcəyəm", - o bildirib.

Şebekinski rayonu Ukrayna Silahlı Qüvvələri tərəfindən kütləvi atəşə tutulub. Belqoroda son iki gündə 155 raket atılıb ki, onlardan 48-i Şebekino şəhərinə düşüb.

Sakinlərin bir qismi köçürülərək müvəqqəti məskunlaşma mərkəzlərinə yerləşdirilib.

Tunar Altunbay