Co Bayden keçmiş köməkçisi Rusiya vətəndaşlığı üçün Putinə müraciət etdi

 21:19 30.05.2023     387

ABŞ prezidenti Co Baydenin keçmiş köməkçisi, yazıçı və publisist Tara Rid “Russia Today” media qrupunun təşkil etdiyi mətbuat konfransında Rusiya vətəndaşlığı üçün müraciət etmək istədiyini bildirib.

Redaktor.az bu barədə "Sputnik"ə istinadla xəbər verir.

"Ümid edirəm ki, Moskvada sağ-salamat yaşayacağam. Rusiyada məni qucaq açıb qarşılayan dostlarıma çox minnətdaram... Rusiya prezidenti Vladimir Putindən xahiş edirəm ki, mənə bu ölkənin vətəndaşlığını versin”, - o, deyib.

Rid Dövlət Dumasının deputatı Mariya Butinanın ona Rusiya pasportu almağa kömək edəcəyinə ümid etdiyini bildirib.

O bildirib ki, Butina bu məsələni beynəlxalq məsələlər komitəsinin iclasında müzakirə edəcəyinə söz verib.

Tara Rid mətbuat konfransında 1990-cı illərdə tələbə təcrübəsi zamanı Co Bayden tərəfindən zorakılığa məruz qaldığını təkrarlayıb.

Tunar Altunbay