Rusiyada stadionun tribunası uçdu
Rostov-na-Donuda Avarçəkmə kanalında tribunaların uçması nəticəsində xəsarət alanların sayı 20 nəfərə çatıb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə qonşu ölkənin Fövqəladə Hallar Nazirliyinin Rostov vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti jurnalistlərə bildirib.
"Saat 19:10-a olan məlumata görə, tribunanın aşması nəticəsində 21 nəfər, o cümlədən 15 uşaq və 6 böyük (o cümlədən 1 qadın) xəsarət alıb",- məlumatda deyilir.
Xəsarət alan 17 uşaq 20-ci şəhər xəstəxanasına yerləşdirilib.
Tunar Altunbay