Türkiyə Nazirlər Kabinetinin iclası keçiriləcək

 22:43 30.05.2023     283

Sabah Türkiyə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Redaktor.az “Haber Global”a istinadən xəbər verir ki, toplantıya Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.

İclas yerli vaxtla saat 15:30-da baş tutacaq. İclas yeni Nazirlər Kabinetindən əvvəl hazırkı nazirlərlə son görüş olacaq.