Şimali Koreyanın kəşfiyyat peyki kosmosa çıxa bilmədi

 09:29 31.05.2023     287

Şimali Koreya tərəfindən dünən buraxılan raket və ya hər hansı digər obyekt kosmosa çıxmayıb.

Redaktor.az xəbər verir ki, bu barədə NHK telekanalı Yaponiya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, raket uçuş zamanı radarlardan itib, onun bir hissəsi Koreya yarımadasının qərb sahili yaxınlığında dənizə düşüb.

Koreya Respublikasının hərbçiləri də öz növbəsində KXDR raketinin havada partlaya biləcəyini bildiriblər.

Bazar ertəsi Yaponiya Sahil Mühafizəsi bəyan edib ki, Şimali Koreya mayın 31-dən iyunun 11-dək ölkənin ilk kəşfiyyat peykini orbitə çıxarmaq niyyətindədir. Pxenyandan müvafiq bildiriş alınıb.

Bununla bağlı Yaponiya Müdafiə Nazirliyi Yaponiya ərazisinə düşmə təhlükəsi yaranarsa, KXDR-in ballistik raketinin peyklə, eləcə də ondan çıxan qalıqların məhv edilməsi üçün tədbirlər görəcəklərini açıqlayıb.

Bu məqsədlə Patriot PAC-3 kompleksləri Yaponiyanın ucqar adaları Yonaquni, İşigaki və Miyakoda yerləşdirilib.

KXDR-in hazırkı raket buraxılışı 2023-cü ildə artıq 13-cü raket idi. Pxenyan bundan əvvəl 1998-2016-cı illər arasında Qvanqmyonqson (Parlayan Ulduz) seriyasından dörd süni Yer peykini kosmosa göndərib.

Tunar Altunbay