Latviyada prezident seçkiləri keçiriləcək

 09:51 31.05.2023     306

Latviya parlamenti çərşənbə günü prezident seçkiləri keçirəcək.

Redaktor.az “İnterfaks”a istinadla xəbər verir ki, müvafiq vəzifəyə üç namizəd - Uldis Pilens, Elina Pinto və xarici işlər naziri Edqar Rinkeviç mübarizə aparır.

Qeyd olunur ki, parlamentdə Latviya prezidenti seçilmək üçün namizəd ən azı 51 səs toplamalıdır.

Latviyanın hazırkı prezidenti Eqil Levits ikinci müddətə namizədliyini irəli sürməmək qərarına gəlib. O, Pilensi seçkidən çəkilməyə çağırıb. Prezidentin sözlərinə görə, bu, hazırkı koalisiyaya dövlətin maraqları naminə prezidentliyə vahid namizədlə razılaşmağa imkan verəcək.

Həmidə İBRAHİMLİ