Məkkə və Mədinədə hava limanlarında artıq sıxlıq olmayacaq

 11:07 31.05.2023     442

“Məkkə Yolu” layihəsi çərçivəsində hacı namizədləri hava limanlarında gözləməyəcək.

Redaktor.az “İndependent Türkçe”yə istinadən xəbər verir ki, son vaxtlar Səudiyyə Ərəbistanına 3 milyondan çox insanın gəlməsi Məkkə və Mədinə hava limanlarında, gömrük qapılarında sıxlığa səbəb olur.

Səudiyyə Ərəbistanı hökuməti bu vəziyyəti aradan qaldırmaq üçün  İstanbul Hava Limanının Beynəlxalq Terminalında “Məkkə Yolu” adlanan yeni layihənin təqdimatına başlayıb.

Belə ki, bu il zəvvar namizədlər üçün “Məkkə Yolu” layihəsi çərçivəsində Məkkə və Mədinə hava limanlarında pasport və barmaq izi yoxlanışı İstanbul Hava Limanında aparılacaq.

Burada edilən yoxlamalardan sonra təyyarəyə minən zəvvar namizədlər endikləri hava limanında heç bir yoxlamadan keçmədən birbaşa otellərinə keçə biləcəklər.

Humay İSGƏNDƏRLİ

 

22