"Rusiyanın Azadlığı" legionu Moskvaya hücuma hazırlaşır

 10:09 31.05.2023     289

Putin rejimini devirmək istəyən “Rusiya Azadlığı” legionunun könüllüləri Moskvaya hücum üçün minlərlə rusiyalını cəlb edir.

Redaktor.az xəbər verir ki, bu barədə “The Times” legiona istinadən yazıb.

Məlumata görə, bölmə qüvvələri Moskvaya hücum etmək üçün kifayət qədər qüvvə toplayandan sonra Rusiya sərhəddində reydləri davam etdirəcək.

"Bizim əhəmiyyətli imkanlarımız, minaatanlarımız, zirehli texnikamız, Stinger MANPADS, portativ tank əleyhinə sistemlərimiz və çox təsirli kəşfiyyat aparatlarımız var", - legionun sözcüsü deyib.

Onun sözlərinə görə, hazırda "Rusiyanın Azadlığı" legionunda 1000-ə qədər döyüşçü var.

"Biz cinayətkar və "Vaqner" kimi şəxsi hərbi şirkət deyilik. Hamımız Rusiya Federasiyasının vətəndaşlarıyıq. Bəzilərimiz əvvəllər Ukrayna Silahlı Qüvvələrində xidmət etmişik", - spiker bildirib.

O, əlavə edib ki, legionun əsas məqsədi Ukraynanı qorumaq, onun ərazilərini azad etmək və Putin rejimini devirməkdir.

Tunar Altunbay