Moldovanın Avropa İttifaqına daxil olmasının vaxtı açıqlandı
Moldova prezidenti Sandu ölkəsinin 2030-cu ilə qədər Avropa İttifaqınaə üzv olacağını deyib.
Redaktor.az bu barədə “Lenta.ru”a istinadla xəbər verir.
Mayın 21-də Sandu bildirib ki, Kişinyovda keçirilən avropapərəst mitinqdə 80 mindən çox insan ölkənin Avropa İttifaqına daxil olmasını tələb edib. O, insanların Böyük Millət Məclisinin meydanına toplaşdığını xatırladıb.
“Bizim ümumi missiyamız var - Moldovanı daha zəngin və müasir etmək. Bu isə hər birimizin səlahiyyətindədir. Gəlin ölkəmizə qürurla baxaq”, - deyə o bildirib.
Həmidə İBRAHİMLİ