Rusiyada neft emalı zavoduna daha bir PUA hücumu
Krasnodar diyarının Severski rayonundakı "İlski" neft emalı zavodunun ərazisinə pilotsuz uçuş düşüb.
Redaktor.az TASS-a istinadla bildirir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
"Severski rayonunun məlumatına görə, təxminən səhər saat 4 radələrində naməlum pilotsuz aparat "İlski" neft emalı zavodunun ərazisinə düşüb. Düşmə nəticəsində qurğu qəzaya uğrayıb, zavodun infrastrukturuna ziyan dəyməyib. Yanğın olmayıb. ", - əməliyyat qərargahının rəsmi "Telegram" kanalındakı məlumatda deyilir.
Tunar Altunbay