Medvedev Britaniya rəsmilərini ölümlə HƏDƏLƏDİ

 12:09 31.05.2023     404

London faktiki olaraq Moskvaya qarşı elan olunmamış müharibə aparır və bu o deməkdir ki, bu ölkənin istənilən məmuru legitim hərbi hədəf sayıla bilər.

Redaktor.az TASS-a istinadla bu barədə  Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri  Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin sözlərinə belə cavab verib.

Medvedev Britaniyanı Rusiyanın əbədi düşməni adlandırıb.

"Bu gün Böyük Britaniya Ukraynanın müttəfiqi kimi çıxış edir, ona texnika və mütəxəssislər şəklində hərbi yardım göstərir, yəni faktiki olaraq Rusiyaya qarşı elan olunmamış müharibə aparır. Bu halda onun istər hərbi, istərsə də mülki istənilən rəsmisi,  qanuni hərbi hədəf kimi qəbul edilə bilər”,- bu barədə o tvitter hesabında yazıb.

Qeyd edək ki, Britaniyalı nazir Ceyms Klever Moskvaya pilotsuz təyyarə hücumunu şərh edərkən, Ukraynanın öz ərazisindən kənarda Rusiya Federasiyasına qarşı hücumlar həyata keçirmək hüququna malik olduğunu bildirib.

Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini də öz növbəsində Londondakı vəziyyətə diqqət çəkib.

“Əbədi düşmənimiz olan Böyük Britaniyanın axmaq məmurları yadda saxlamalıdırlar ki, müasir şəraitdə müharibənin aparılmasını tənzimləyən hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları, o cümlədən əlavə protokolları ilə Haaqa və Cenevrə Konvensiyaları çərçivəsində onların vəziyyəti də belə təsnif edilə bilər.",- deyə o, Kleveri hədələyib.

Tunar Altunbay