Ukraynadan Rusiyaya son sutkada 260-dan çox raket atıldı
Rusiyanın Belqorod vilayətinin hakimiyyət orqanları son sutka ərzində krayna Silahlı Qüvvələri tərəfindən artilleriya və çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 260-dan çox raket və artilleriya mərmisinin atıldığını qeydə alıb.
Redaktor.az TASS-a istinadla bildirir ki, bu barədə məlumatı "Telegram"da paylaşan regionun qubernatoru Vyaçeslav Qladkov bildirib ki, Şebekinski rayonuna 215 mərmi atılıb.
"Şebekinski şəhər dairəsinə 215 mərmi atılıb. Bunlardan 49u Şebekino şəhərinə düşüb. Təəssüf ki, bir ölü və iki yaralı var. Bütün lazımi tibbi yardım göstərilir.”, - deyə Qladkov paylaşımında yazıb.
Onun sözlərinə görə, Şebekinoda 29 çoxmənzilli binaya ziyan dəyib. Həmçinin 20 fərdi təsərrüfatın dam örtüyü zədələnib.
"İnzibati binaya, ticarət mərkəzinə, ictimai sahəyə ziyan dəyib. 1 mağaza yanıb. 30 avtomobil yararesız hala düşüb", - qubernator əlavə edib.
Tunar Altunbay