Latviyanın yeni prezidenti seçildi

 15:59 31.05.2023     396

Çərşənbə günü Latviyanın Seymi (parlamenti) hazırkı xarici işlər naziri Edqars Rinkeviçi ölkə prezidenti seçib.

Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.

"Çərşənbə günü, mayın 31-də Seym Edqars Rinkeviçi prezident seçdi. Seçkilərin üçüncü turunda 52 deputat Rinkeviçin namizədliyini dəstəklədi, 35 deputat isə əleyhinə səs verdi", - deyə parlamentin saytında dərc edilmiş bəyanatda deyilir. 

Tunar Altunbay