Danimarkanın baş naziri NATO-nun baş katibi OLMAYACAQ

 17:47 31.05.2023     392

Danimarkanın baş naziri Mette Frederiksen NATO-nun baş katibi vəzifəsinə namizədlər siyahısında yoxdur.

Redaktor.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə çərşənbə günü Frederiksen özü bildirib.

"Mən bu vəzifəyə namizəd deyiləm",- o deyib.

Xatırladaq ki, ötən həftə “Politico” qəzeti Danimarkanın baş nazirinin NATO-nun yeni baş katibi rolunu ciddi şəkildə nəzərdən keçirdiyini yazıb.

Qəzetin yazdığına görə, Frederiksen bir neçə parametrə uyğundur: NATO ölkələri hökumətin rəhbəri olacaq namizəd axtarır və bundan əlavə, baş katib vəzifəsinə qadının təyin olunmasını fəal dəstəkləyirlər.

Hazırkı baş katibin səlahiyyət müddəti sentyabrın sonunda başa çatır və ittifaq müttəfiqləri yeni təyinatla razılaşana qədər onun daha bir neçə ay vəzifəsində qalması mümkündür.

Tunar Altunbay