Seçkinin II turu ilə bağlı yekun məlumat bu gün açıqlanacaq

 10:43 01.06.2023     282

Türkiyədə mayın 28-i keçirilən prezident seçkilərinin II turu ilə bağlı yekun nəticələr bu gün açıqlanacaq.

Redaktor.az “TRT Haber”ə istinadən xəbər verir ki, seçkinin nəticələri “Resmi Gazete”də elan ediləcək. 

Xatırladaq ki, ölkənin Ali Seçki Şurası (YSK) mayın 14-ü keçirilən parlament seçkiləri bağlı yekun məlumatı açıqlayıb. Nəticələrə əsasən, ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) parlamentdə 268, Cümhuriyyət Xalq Partiyası (CHP) 169, Milliyətçi Hərəkat Partiyası 50, Yenidən Refah Partiyası 5, Yaşıllar və Sol Gələcək Partiyası 61, Türkiyə İşçi Partiyası 4, İYİ Partiyası isə 43 yer qazanıb.