F-16-lar ballistik raketləri vura bilər?

 12:58 01.06.2023     526

F-16 qırıcıları ballistik raketlərlə döyüşə bilməz, bunun üçün başqa silahlar lazımdır.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının sözçüsü Yuri İqnat bildirib.

"F-16, təəssüf ki, ballistika ilə məşğul ola bilmir. Bu, bir təyyarədir, hava hücumundan müdafiə sisteminin bir hissəsidir, lakin onun üçün aerodinamik hədəflər mövcuddur: qanadlı raketlər və pilotsuz təyyarələr" - o, deyib.

Hərbçi qeyd edib ki, ballistikaya qarşı onu vura biləcək vasitələr lazımdır: bunlar Patriot və SAMP-T hava hücumundan müdafiə sistemləridir.

Xatırladaq ki, ABŞ və müttəfiqləri uzun müzakirələrdən sonra nəhayət Ukraynaya hərbi aviasiya, xüsusən də F-16 qırıcıları vermək qərarına gəliblər.

Ukraynalı pilotların dördüncü nəsil Qərb istehsalı olan təyyarələrdə təlimi yaxın həftələrdə başlayacaq. Mənbələr, Hollandiyanın pilot təlimindən sonra ABŞ-ın F-16 qırıcılarını Ukraynaya göndərəcəyini bildirib.

Turan İSMAYIL