Ukrayna Rusiyaya hücuma keçdi
Ukraynada qurulan “Rusiya Könüllülər Korpusu”nun (RKK) əsgərləri Rusiyanın Belqorod vilayətinin Şebekino şəhərinə hücuma keçib.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, RKK-nin "Telegram" kanalının məlumatına görə, döyüşlər Novaya Tavoljanka və Titovka ərazisində gedir.
"Bizim qabaqcıl dəstələrimiz artıq Şebekino ətraflarında döyüşür. RKK-ya eşq olsun", - məlumatda deyilir.
Korpus Belqorod vilayətində gedən döyüşlərin videosunu da paylaşıb. Görüntülərdə meşəlik ərazidə atışma əks olunub.
Tunar Altunbay