Bu ölkə Moldovanı SİLAHLANDIRIR

 15:56 01.06.2023     342

"Polşa Moldovaya silah və sursat ötürür, onlar altı nəqliyyat təyyarəsi ilə çatdırılacaq".

Redaktor.az "Sputnik"ə istinadla bildirir ki, bu barədə Polşanın daxili işlər və administrasiya naziri Mariuş Kaminski deyib.

"Daxili sabitliyin pozulması cəhdlərinə müqavimət göstərən müstəqil və suveren Moldovanın bizim dəstəyimizə ehtiyacı var! Ona görə də mən Moldova polisinə nazirliyə tabe olan xidmətlərdən silah, sursat və texnikaları nəhəng iki "C-130E Hercules" və dörd "CASA C-295M" təyyarələri ilə yolladım”,- deyə Kaminski "Twitter"də yazıb.

Tunar Altunbay