Putin Rusiyanın qələbəsinə şübhə olmadığını bəyan etdi

 16:13 01.06.2023     257

Rusiya Prezidenti Vladimir Putin şübhə etmir ki, Rusiya qalib gələcək və bütün xalqlar üçün sülh və təhlükəsizliyin təminatçısı olacaq.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, Rusiya lideri bunu çoxuşaqlı ailə başçıları ilə görüşündə deyib.

Belə ki, Putinlə görüşdə çoxuşaqlı ailələrdən birinin nümayəndəsi buna əmin olduğunu bildirib. "İnanıram ki, qələbə həmişə bizim olacaq. Biz qalib gələcəyik, bu birmənalıdır, başqa yol yoxdur. Və hesab edirəm ki, ölkəmiz sonda bütün xalqlar, bütün dünya dövlətləri üçün sülhün və təhlükəsizliyin qarantı olacaq" - "Valideyn Şöhrəti" ordeni ilə təltif edilən ailənin atası deyib.

"Elədir. Dediyiniz kimi olacaq. Burada heç bir şübhə yoxdur", - Putin onunla razılaşıb.

Turan İSMAYIL