Pentaqon Ukrayna üçün "Gepard" qurğuları alacaq
Pentaqon Amerikanın “Global Military Products” müdafiə şirkəti ilə Ukraynaya “Gepard” özüyeriyən zenit silahlarının alınması və tədarükü üçün müqavilə imzalayıb. Müqavilənin məbləği 118 milyon dollardan çoxdur.
Redaktor.az RBC-Ukrayna-ya istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında məlumat paylaşılıb.
"Global Military Products Inc.*, Florida, "Gepard" 35 mm hava hücumundan müdafiə sistemlərinin alınması və tədarükü üçün 118,375,740 ABŞ dolları dəyərində sabit qiymətli müqavilə imzalayıb.
Müqavilənin İordaniyada icrası planlaşdırılır və "2010-cu maliyyə ilində Xarici Hərbi Satış (Ukrayna Təhlükəsizliyə Yardım Təşəbbüsü) Fondları" hesabına maliyyələşdirilib.
"Gepard" qurğularının Ukraynaya çatdırılma tarixi 2024-cü il mayın 30-a təyin edilib.
Xatırladaq ki, mayın 31-də ABŞ Ukraynaya növbəti hərbi yardım paketini açıqlayıb. Onun dəyəri 300 milyon dollar qiymətləndirilir. Bu paketdə Ukrayna "Patriot" hava hücumundan müdafiə sistemləri, AIM-7 raketləri, "Stinger" hava hücumundan müdafiə sistemləri, "Avenger" hava hücumundan müdafiə sistemləri və s. üçün əlavə sursat ala biləcək.
Qeyd edək ki, "Gepard" 1970-ci illərin ortalarından etibarən Krauss-Maffei tərəfindən istehsal olunan alman özüyeriyən zenit silahıdır.
Turan İSMAYIL