Paşinyan Moldovada bir sıra görüşlər keçirdi

 16:48 01.06.2023     429

Ermənistanın baş naziri Nikol Paşinyan Kişinyovda keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Avropa liderləri ilə bir sıra görüşlər keçirib.

Redaktor.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə  baş nazirin mətbuat xidməti məlumat yayıb.

Sammit zamanı baş nazir Sloveniyanın baş nazirləri Robert Qolob, Latviyanın baş nazirləri Krisjanis Karins, Böyük Britaniyanın baş naziri Rişi Sunak, Fransa prezidenti Emmanuel Makron, Andorranın baş naziri Xavyer Espot Zamora, Litvanın baş naziri Gitanas Nauseda və gürcü həmkarı ilə qısa söhbətlər aparıb.

Bundan başqa, Paşinyan Hollandiyanın baş naziri Mark Rutte, Portuqaliyanın baş naziri Antonio Kosta, İsveçin baş naziri Ulf Kristersson, İsveçrə prezidenti Alen Berset və Avropa Şurasının prezidenti Şarl Mişellə danışıb.

Xatırladaq ki, bu gün Kişinyovda Ermənistan, Azərbaycan, Fransa, Almaniya başçılarının və Avropa Şurası prezidentinin iştirakı ilə beştərəfli görüş planlaşdırılır.

Qeyd olunur ki, sammitə 40-dan çox ölkənin liderləri gəlib.

Həmidə İBRAHİMLİ