Avropa İttifaqı İtaliyanı kanalizasiyaya görə məhkəməyə verdi

 17:16 01.06.2023     380

Avropa İttifaqı (Aİ) İtaliyaya qarşı ölkə rəhbərliyinin tullantı sularının təmizlənməsi əmrinə tam əməl etmədiyi üçün məhkəməyə müraciət edib.

Redaktor.az “Reuters”ə istinadla xəbər verir ki, Aİ bu ölkəni iyunun 1-də məhkəməyə verib.

“Bu gün Avropa Komissiyası şəhər tullantı sularının təmizlənməsi ilə bağlı 10 aprel 2014-cü il tarixli qərarının natamam icrasına görə İtaliyanın Avropa İttifaqının Ədalət Məhkəməsinə qaytarılması barədə qərar qəbul edib”, - deyə məlumatda bildirilir.

Bundan əvvəl İsveçrədə iki mindən çox pensiyaçı qlobal iqlim dəyişikliyi probleminə görə ölkə hökumətini məhkəməyə verib. Qadınlar hakimiyyətin hərəkətsizliyinin onların insan hüquqlarını pozduğunu bildiriblər. Bu iş Avropa İnsan Haqları Məhkəməsində iqlim dəyişikliyi ilə bağlı ilk iş olacaq.

Həmidə İBRAHİMLİ