"Vaqner"in rəhbəri Şoyqunu "duelə" ÇAĞIRDI

 17:23 01.06.2023     276

"Vaqner"in rəhbəri Yevgeni Priqojin Dövlət Dumasının iclasında Rusiyanın Ukraynanı işğalında qalib gəlməsinə mane olan oliqarxların və deputatların adlarını açıqlamaq niyyətindədir.

Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, bu gün Priqojin eyni zamanda hamının, hətta ən nüfuzlu rus siyasətçilərinin və oliqarxlarının belə hesablaşmalı olduğu nəhəng qüvvədir. Ona görə də onun deputatları və digər yüksək rütbəli qanun pozucularını Rusiyaya zərər vurmaqla bağlı hədələri hətta ən yüksək səviyyədə də ciddi qarşılanır.

Məlum olduğu kimi, yaxın vaxtlarda Yevgeni Priqojin Dövlət Dumasının iclasında çıxış etmək üçün dəvət olunacaq və o, Rusiyada pul qazanmaqla dövlətə xeyli ziyan vuran deputatların, siyasətçilərin, oliqarxların adını açıq şəkildə çəkmək niyyətindədir.

"Vaqner"in rəhbəri özünün Telegram kanalında Rusiyanın müdafiə naziri Sergey Şoyquya məktubu dərc edib və orada ondan mövcud vəziyyəti yerindəcə qiymətləndirmək üçün Ukraynaya gəlməsini tələb edib.

Əvvəllər Priqojin dəfələrlə müdafiə nazirinin hərəkətlərindən narazılığını ifadə edib, eyni zamanda ictimaiyyət qarşısında utanmadan onun ünvanına üç mərtəbəli söyüş də söyüb.

İndi də Priqojinin Rusiyanın müdafiə nazirinə göndərdiyi Ukraynaya səfər dəvəti Rusiya siyasi elitasında duelə çağırış hesab edilir.

Çox güman ki, Sergey Şoyqu da Vaqner rəhbəri ilə son dərəcə sərt söhbət edəcək.

Tunar Altunbay