Ukrayna ordusu Rusiya şəhərini raket atəşinə tutdu
Rusiyanın Belqorod şəhərinə raket düşüb.
Redaktor.az xəbər verir ki, bu barədə "İzvestiya"nın müxbiri Kseniya Soldatova məlumat yayıb.
Bildirilib ki, hadisə Şçorsa küçəsində baş verib.
İyunun 1-nə keçən gecə Belqorod vilayəti, xüsusən də Şebekino şəhəri artıq atəşə tutulub. Son məlumatlara görə, Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində 8 nəfər xəsarət alıb, ölən olmayıb.
Turan İSMAYIL