“Hərbçilərimizin döyüş sursatı yoxdur, hamısını Ukraynaya keçirmişik" - Tramp

 09:43 02.06.2023     414

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən Ağ Evin sahibi olacağı təqdirdə Moskva ilə Kiyev arasında danışıqları təşkil edəcəyinə söz verib.

Redaktor.az “Lenta.ru”a istinadla xəbər verir ki, Tramp iki ölkə prezidentini danışıqlar otağına dəvət etməyi planlaşdırır.

“Hərbçilərimizin döyüş sursatı yoxdur, biz böyük miqdarda, demək olar ki, hamısını Ukraynaya keçirmişik. Biz insanlara kömək edəcəyik, amma mən müharibəni dayandırmaq istəyirəm”, - deyə siyasətçi bildirib.

O, ötən il ABŞ prezidentliyinə namizədliyinin irəli sürülməsi üçün müraciət edib və gələcək seçkilərdə iştirak edəcəyini açıqlayıb.

Qeyd olunur ki, Tramp ABŞ-ın hazırki prezidenti Co Baydeni səriştəsiz adlandırıb və onun fiziki qabiliyyətlərini ələ salıb.

Həmidə İBRAHİMLİ