Zelenski Makronla razılığa gəldi

 10:07 02.06.2023     358

Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron müdafiə nazirlərinə Ukrayna döyüş təyyarələrinin pilotları üçün təlim proqramı hazırlamağı tapşırıblar.

Redaktor.az “Lenta.ru”a istinadla xəbər verir ki, bu barədə Zelenski Telegram kanalında yazıb.

Məlumata görə, müvafiq qərar Avropa Siyasi Birliyinin Kişinyovda keçirilən sammitində qəbul edilib.

Bundan əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin bildirmişdi ki, ABŞ və müttəfiqləri yaxın həftələrdə ukraynalı pilotlara Amerika istehsalı olan F-16 qırıcılarının təliminə başlayacaq.

Həmidə İBRAHİMLİ