Seçkilərdən sonra parlamentin ilk iclasına Baxçalı sədrlik edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın koalisiyadakı müttəfiqi, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının sədrliyi ilə bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) ilk iclası keçiriləcək.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Cümhuriyyətinin ali qanunverici orqanı məlumat yayıb.
"28-ci çağırış Məclisindəki deputatlar bu gün and içəcəklər. Bundan sonra ən yaşlı millət vəkili cənab Dövlət Baxçalının sədrliyi ilə ilk iclas keçiriləcək. Şənbə günü Prezident Tayyib Ərdoğanın parlamentdə and içməsi planlaşdırılır”, - məlumatda bildirib.
Qeyd edək ki, mayın 14-də keçirilən parlament seçkiləri nəticəsində Ərdoğanın sədri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) və MHP-nin daxil olduğu Respublikaçılar Alyansı Türkiyə parlamentindəki 600 yerdən 323-nü qazanıb.
Eyni zamanda qeyd edək ki, AKP 268, Yeni Rifah Partiyası 5, MHP 50 mandat qazanıb. Cümhuriyyət Xalq Partiyası (CHP) 169, İYİ Partiya 43 mandat əldə edib. Türkiyə İşçi Partiyası 4 mandat, və kürd yönümlü Xalqların Demokratiya Partiyasından namizədləri seçilən Yaşıl Sol Partiyası isə 61 yer qazanıb.
Arzu İSMAYIL