Blinken Rusiya xalqına müraciət etdi: “ABŞ sizin düşməniniz deyil
ABŞ ruslar üçün düşmən deyil.
Redaktor.az "Komsomolskaya pravda" nəşrinə istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken Helsinkidə keçirilən tədbirdə çıxışı zamanı deyib.
O, Rusiya xalqına müraciət edərək “ABŞ sizin düşməniniz deyil” deyib.
Blinken əlavə edib ki, Vaşinqton 30 ildir ki, Moskva ilə stabil münasibət saxlayır, çünki ABŞ “təhlükəsiz və firavan Rusiya Amerikanın maraqlarına uyğun olduğuna” inanır.
Turan İSMAYIL