Paşinyan Ərdoğanın andiçmə mərasimində iştirak edəcək

 17:36 02.06.2023     377

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün iyunun 3-də Ankaraya gedə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə cümə günü NTV telekanalı məlumat yayıb.

Mayın 28-də prezident seçkilərinin ikinci turunda səslərin ilkin hesablanmasından sonra Paşinyan “Twitter” səhifəsində Ərdoğanı təbrik edərək, dövlətlər arasında münasibətlərin tam normallaşması üçün birgə işləməyə hazır olduğunu bildirib.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən