“Biz Rusiyanın müttəfiqi deyilik” - Paşinyan

 17:38 02.06.2023     343

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi olmadığını bildirib.

Redaktor.az bu barədə “News.am”a istinadla  xəbər verir.

"Siz dediniz ki, biz Rusiyanın müttəfiqiyik. Təbii ki, bu, heç vaxt ucadan deyilməyib, amma məncə, bunu görmək mümkündür. Biz Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyilik. Bizim bu müharibədən, bu münaqişədən hisslərimiz belədir:narahatlıq, çünki bütün əlaqələrimizə birbaşa təsir edir", -deyə o, qeyd edib.

Paşinyan deyib ki, Qərb Ermənistanı Rusiyanın müttəfiqi hesab etdiyi halda, Rusiyanın özündə Ermənistanın onların tərəfində olmadığını anlayırlar.

“Biz bu vəziyyətdə heç kimin müttəfiqi deyilik, bu da o deməkdir ki, biz məsələyə həssas yanaşırıq."

O, həmçinin əlavə edib ki, Ermənistanın öz problemləri var və bu da ölkəni bu məsələyə tam cəlb etməyə imkan vermir.

“Biz vəziyyətlə bağlı heç bir fikrimiz olmadığı üçün deyil, ona görə yayınırıq ki, bizim öz problemlərimiz başqa problemlərdən daha böyükdür”, - Ermənistanın baş naziri vurğulayıb.

Mətbuatın yazdığına görə, Ermənistan İranla Rusiya arasında münasibətlərdə xüsusi rol oynayır. Bu ölkə iki ölkənin hərbi-strateji alyansında ticarət vasitəçisidir. Bu kontekstdə Fransadan İrəvana daha əvvəl başlayan silah tədarükü Ukrayna və İsrailin hiddətinə səbəb olub.

Qeyd olunub ki, Ermənistan, İran və Rusiya hərbi əməkdaşlıqla sıx bağlıdır, ona görə də Ermənistan üçün nəzərdə tutulan silahlar çox güman ki, Rusiya və ya İrana gedə bilər.

Arzu İSMAYIL